
Kreml: "Putin və Mişustin bu gün növbəti işgüzar görüş keçirəcək"
Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustin bu gün mətbuat olmadan işgüzar görüş keçirəcək.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Bundan əvvəl Putin büdcə layihəsi ilə bağlı keçirilən iclasda Mişustinlə danışıq üçün görüşəcəyini söyləmişdi.
“Onlar demək olar ki, hər gün ünsiyyət qururlar. Bunlar işçi təmaslardır”, – Peskov deyib.
O bildirib ki, Putin Nazirlər Kabineti ilə daim iqtisadi məsələləri müzakirə edir. Demək olar ki, hər gün həm baş nazirlə, həm də iqtisadi blokla danışıqlar aparır.























