Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 858 $▲0.17%
  • Ethereum2 243 $▲0.34%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

Kreml sahibini Bakıya gətirən səbəblər: Putini yuxudan ayıldı və...

image-60
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya və onun lideri Vladimir Putinə məəttəl qalmışam. Putin bir dəfə gedən qatarı əldən buraxıb. Söhbət Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində əsas rola sahib olmaq kimi hüququ əldən buraxmaqdan gedir”.

Bunu Busaat.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Vladimir Putini Bakıya gətirın səbəbləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya görür ki, Amerika Ermənistan ərazisinə yerləşməyə çalışır:

“Amerikanın içərisi silahla dolu iki hərbi təyyarəsi Zəngəzur bölgəsinə yerləşib. Xarici mənbədən əldə etdiyim məlumata görə, içərisi silahla dolu bir neçə ABŞ təyyarəsi Türkiyə üzərindən Ermənistana gəlməyə çalışıb, lakin qardaş ölkə onları geri qaytarıb”.

Müsahibimiz qeyd edib ki, Amerika özünü şüurlara demokratik ölkə kimi yeridir:

“Bir yandan bəyan edir ki, Azərbaycan və Ermənistan məsələni öz bildikləri kimi həll etsinlər, digər yandan Ermənistanı silahla doldurur. Dərinə gedib soruşanda da bəyan edir ki, bu silahlar Azərbaycana deyil, İran və Rusiyaya qarşıdır. Bu, “uşaq başı sığallamaqdır”. Ermənistana vədlər, silahlar verirsən, “qulağımızn dibinə” bu qədər silah yığırsan, lskin deyirsən, bu silahlar sizə qarşı deyil” deyən Q.Hüseynli qeyd edib ki, belə bir şəraitdə, V.Putin sanki yuxudan təzə ayıldı və Bakıya səfəri gerçəkləşdirdi.

Qabil Hüseynli: Putin bir dəfə gedən qatarı əldən buraxıb

“Səfərin məqsədi Kollektiv Qərbin Ermənistanda mənzillənməsinin qarşısını almaqdan ibarətdir”, – deyə Qabil Hüseynli əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145656