Kreml üçüncü ölkələrin münaqişənin həllində iştirak imkanlarını qiymətləndirdi

Kreml üçüncü ölkələrin münaqişənin həllində iştirak imkanlarını qiymətləndirdibackend

Kremlin sözçüsü Dmitri Peskov üçüncü ölkələrin Dağlıq Qarabağdakı vəziyyətin sabitləşməsində yalnız münaqişənin hər iki tərəfi – Ermənistan və Azərbaycanın razılığı ilə iştirak edə biləcəyini bildirib.

Busaat.az  “TASS”a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi bu məsələnin həllinin tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılı olduğunu vurğulayıb.

“Mövcud həll formatında üçüncü ölkələrin iştirakına gəlincə, bu, tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Münaqişənin iki tərəfi var – Ermənistan və Azərbaycan. Və münaqişənin həllində iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək yalnız iki tərəfin razılığı ilə mümkündür”,- deyə Peskov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90