Qarabağa sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız Ermənistan və Azərbaycan tərəfinin razılığı ilə mümkündür.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ən mühüm sual burada ondan ibarətdir ki, müharibə edən tərəflər – Azərbaycan və Ermənistan buna hazırdırmı. Sülhməramlı qüvvənin yerləşdirilməsi yalnız hər iki tərəfin icazəsi ilə mümkündür”, – deyə Peskov əlavə edib.