ABŞ-da yeni nazirliyə (hökumətin səmərəliliyi nazirliyi) rəhbərlik edəcək İlon Mask arxaik hökumət sistemində bürokratiya ilə mübarizə aparacaq.
Busaat.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Birləşmiş Ştatların indiki administrasiyasının kəskin tənqidçisi olan Nyu-York meri Erik Adams səsləndirib.
“Düşünürəm ki, komandaya daxil edilməsi vacib olan insanlardan biri İlon Maskdır. Biz bürokratiya ilə dolu, hər hansı dəyişiklik istəməyən arxaik bir hökumətlə üz-üzəyik”, – deyə mer “PIX 11” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ “diskli telefon erasından smartfonlar dövrünə keçməlidir”. Hökumət xalqa düzgün xidmət göstərmədiyi üçün dəyişməlidir.