COP29-un prezidenti: Məqsədə çatmaq üçün qlobal və regional səyləri bir araya gətiririk

image-img_7653backend

Türk xalqları arasında həmrəyliyin kökləri dərinlərə gedib çıxır.

Busaat.az Apa-ya istinadla xəbər verir ki, bunu COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşündə COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, türk dövlətləri təşkilatlanıb: “Bu təşkilat bizim tarixi, mədəni və iqtisadi əlaqələrimizi möhkəmləndirir, qlobal problemlərin həlli ilə bağlı vacib olan əməkdaşlıq üçün zəmin yaradır. Şuşada keçirilən TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfələrimizi vurğulayıb. Bu gün ölkələrimiz iqlimdə davamlılıq yaratmaq və xalis sıfır gələcəyə doğru irəliləmək üçün mühüm problemlərlə üzləşirlər. Ekstremal hava hadisələri, resurs məhdudiyyətləri və iqtisadi keçidlər bizim diqqətimizi tələb edir.

Təkcə bu il biz daşqınların Qazaxıstanın bəzi hissələrini dağıtdığını gördük. Şiddətli meşə yanğınları meşələri və evləri məhv edərək, davamlılıq strategiyalarına təcili ehtiyac olduğunu göstərir. Bu hadisələr bizi birləşdirən iqlim həssaslığı və uyğunlaşma tədbirlərinin təcili hazırlanması zərurətini xatırladır. Eyni zamanda bu çağırışlar da əlavə fürsətlər gətirir. Birgə işləməklə həm maneələri dəf edə, həm də davamlı inkişaf üçün yeni imkanlar tapa bilərik”.

Nazir əlavə edib ki, bu prosesdə ətraf mühit və iqlimə cavabdeh olan nazirlərin rolu çox vacibdir: “Azərbaycan davamlı inkişafa sadiqdir və iqlim problemlərini həll etmək üçün cəsarətli addımlar atıb. COP-29-a ev sahibliyi etmək belə öhdəliklərdən biridir. Məqsədimizə çatmaq üçün qlobal və regional səyləri bir araya gətiririk. Bölgəmizdə ilk dəfə COP29-a ev sahibliyi etməkdən şərəf duyuruq. Biz dünyaya iqlim dəyişikliyindən necə təsirləndiyimizi və iqlim böhranının kollektiv həll yollarında baş tərəfdaş ola biləcəyimizi göstərməkdə qərarlıyıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki