Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.88 $▲1.20%
  • WTI neft88.73 $▲0.93%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.119 $▼1.27%
  • Qızıl3 859 $▼0.37%
  • Gümüş47.38 $▼0.27%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.25 ¢▲0.13%
  • Bitcoin64 851 $▼0.71%
  • Ethereum1 817 $▼0.95%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Kriminal

Kriminal avtoritetin qohumuna hökm oxundu

image-avt66
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Özünü kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan Ülfat Tağıyevin bibisi oğlu kimi təqdim edib, Bakıda köşkə basqın edib, satıcını hədələyərək, pul tələb edən şəxsə hökm oxunub.

Busaat.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 2000-ci il ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş Mehdi Abbaszadə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeralatı keçidlər Üzrə Ticarət Birliyinə məxsus 10-dan artıq köşkə hücum edib və quldurluq yolu ilə pulları talaması məlum olub.

2022-ci ilin dekabr ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə saxlanılıb. Onun törətdiyi cinayət əməlləri ilə bağlı istintaq işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə verilən ifadələr zamanı Mehdi Abbaszadə zərərçəkmiş şəxslərin bəzilərinə Gəncədən gəldiyini, “Rufo Gəncinski”nin xalası oğlu olduğunu da deyib.

O, cinayəti isə belə törədirmiş. Əvvəlcə, köşk sahiblərinin kimliyini müəyyənləşdirir, əlaqə nömrəsini ələ keçirdikdən sonra, zəng edib, onlara “böyük səhv” etdiyini deyirmiş. Bunun müqabilində köşk müdirlərindən pul tələb edib və vermədikdə dava salıb, köşkün avadanlıqlarını və digər məhsulların dağıdırmış. Bəzi köşk satıcılarını da hədələyib, pullarını götürərək ərazini tərk edirmiş.

Məhkəmənin hökümü ilə, Mehdi Abbaszadə Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128112