KTMT Ermənistandan üz döndərməyəcək – Baş katib

image-ktmtbackend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistandan üz döndərmək fikrində deyil.

Busaat.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Stanislav Zas bazar ertəsi təşkilatın 2022-ci ildəki işinin yekunlarına dair mətbuat konfransında bildirib.

“KTMT-nin Ermənistanı tərk etmək və ya hansısa yolla üz döndərmək niyyətinə gəlincə, təbii ki, yox, bizim belə fikrimiz yoxdur” – deyə, Zas deyib.

KTMT-nin baş katibi qeyd edib ki, təşkilata üzv dövlətlərin başçıları 2022-ci ildə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün üç dəfə görüş keçiriblər.

Zasın sözlərinə görə, KTMT-nin Ermənistana monitorinq missiyasının göndərilməsi ilə bağlı təklifləri qüvvədə qalır və kifayət qədər operativ şəkildə təşkil oluna bilər: “Bu təkliflər qüvvədə qalır. Əgər Ermənistan Respublikası bütün tədbirlər paketi üzrə qərar qəbul etməyi zəruri hesab edərsə, dövlət başçıları tərəfindən təsdiq edilmək üçün altı bənd və ya ayrı-ayrı bəndlər üzrə, o cümlədən müvafiq qərarın göndərilməsi təklif olunur. Bundan sonra missiya, tez bir zamanda həyata keçirilə bilər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90