Ötən gün Kürdə batan 14 yaşlı Əsmanın axtarışları davam edir.
Busaat.az xəbər verir ki, bu gün səhər saatlarından FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları axtarışlara başlayıblar.
Günü ikinci yarısında əlavə olaraq ikinci dalğıc-axtarış dəstəsi də axtarışlara qoşulub. Eyni zamanda yeniyetmənin tapılması istiqamətində kənd sakinləridə səfərbər olub.