
Lavrov Rubio ilə danışıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mark Rubio oktyabrın 16-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı əldə olunan anlaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımları müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Lavrovla Rubio arasında telefon danışığından sonra verilən açıqlamada deyilir.
Oktyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı olub. Oktyabrın 16-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş razılıqların həyata keçirilməsi üçün mümkün konkret addımlar ətrafında konstruktiv müzakirə aparılıb”, – deyə Rusiya XİN-in məlumatında deyilir.
Yeganə






















