Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft91.87 $▲0.19%
  • WTI neft85.09 $▲0.08%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.105 $▲0.58%
  • Qızıl3 876 $▲0.02%
  • Gümüş47.43 $▼0.04%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda599.50 ¢▲0.00%
  • Bitcoin64 454 $▼0.56%
  • Ethereum1 823 $▲0.22%
  • S&P 5007 417▼1.91%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Leyla və Arzu Əliyevalar “Rabat xalça sənəti” sərgisinin açılışında iştirak ediblər

image-img_4414
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.

Busaat.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.

Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. “Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.

Bədii hissədə “Pəri xanımın sehrli nağılı” animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi “Sevərək toxu!” adlı yeni mahnısı ifa edilib.

Sonra sərginin açılışı olub.

Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.

Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Nəqşicahan” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.

Sərgi mayın 10-dək davam edəcək.

Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın yeddi regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.image-img_4415 image-img_4419 image-img_4420 image-img_4421 image-img_4422 image-img_4423

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162123