Liderlərin görüşü: Fransa ilə Türkiyə arasında problem aradan qalxır

image-erdogan-makronnbackend

“Mövzuya əvvəlcə Fransa ilə Türkiyə arasındakı problemin necə yaranmasına baxaraq yanaşmaq lazımdır. Belə ki, ABŞ-da Donald Trampın hakimiyyəti dövründə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ibarət Körvəz ittifaqı yaradılmışdı, lakin Trampın hakimiyyətdən getməsi və Baydenin hakimiyyətə gəlməsi ilə yeni ABŞ adminstrasiyası ilk olaraq bu ittifaqı dağıtdı. Hətta, artıq Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar arasında problemlər də var.”

Bu sözləri Busaat.az açıqlamasında türkiyəli politoloq Engin Özer deyib.

“Lakin keçən həftə Türkiyə tərəfi Misirlə Türkiyənin dəniz sahəsindəki problemləri aradan qaldırmaq üçün razılaşmaya addım atacağını söylədi. Məlumdur ki, Fransa ilə Türkiyə arasındakı əsas problemlərdən biri də məhz dənizlə bağlı problem idi, yəni, Şərqi Aralıq dənizində neft axtarışları ilə bağlı fəaliyyətdə yaranan problemlər. Türkiyə isə bu problemi aradan qaldırmaq üçün artıq addım atdı. Belə ki, Misirlə razılaşmaya cəhd ediləcək və bununla da Fransa ilə yaşanan problemin 50 faizi həll edilmiş olacaq. Sırada isə Cənubi Kiprlə bağlı problem var ki, bu məsələdə Fransanın mövqeyi Türkiyənin lehinə deyil. Yuxarıda da qeyd etdiyim kimi, artıq Ərəb koalisiyası dağıldığı üçün Türkiyə hər iki məqamda qazanc əldə bilər”-deyə, politoloq vurğulayıb.

image-engin
Engin Özer-Türkiyəli politoloq

Politoloq Fransanın ikili oyun oynamasına da toxunub: “Fransa hər zaman olduğu kimi, Türkiyəyə qarşı da ikili oyun oynayırdı. Necə ki, biz bu oyunu bir müddət əvvəl Cənubi Qafqazda gördük. Belə ki, Qarabağ müharibəsində bir tərəfdən Fransadakı erməni diasporası Ermənsitanı dəstəkləyir, digər tərəfdən isə Fransa Azərbaycanla əməkdaşlığa davam edirdi. Lakin müharibənin nəticəsi Azərbaycanın lehinə nəticələndi və dolayısı ilə Türkiyə ilə Fransa arasındakı bu problem də həllini tapmış oldu”.

“İndi isə iki ölkə arasında Suriya məsələsi fonunda davam edən problemlər qalıb. Türkiyə isə bu mövzuda da güzəştə gedir. Belə ki, Türkiyə Suriyadakı kürt mövzusu ilə bağlı Bayden adminstrasiyası ilə anlaşma masasına oturmağa razıdır və bununla da Türkiyə ilə Fransa arasında ciddi bir problem qalmır. Ciddi problem qalmadığı üçün də iki ölkə nə Suriyada, nə Şərqi Aralıq dənizində, nə Cənubi Qafqazda, nə də Ukraynda ikicəbhəli durumla üzləşəcək. Dolayısı ilə Türkiyə və Fransa arasında problem qalmayacaq. Yalnız Şərqi Aralıq dənizi məsələsində Yunanıstanla bağlı problem var ki, Fransa həmin məsələdə Yunanıstanı dəstəkləyir. Lakin bu məsələnin də tezliklə həll ediləcəyini düşünürəm. Hesab edirəm ki, Türkiyə bu proseslərdə kompromisə gedəcək və bununla da regiondakı gərginliyin təzyiqi aşağı düşəcək”-deyə, analtik fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90