Livan BMT-yə İsraildən şikayət edib

image-downloadbackend

Livan, 2 oktyabr – 11 noyabr tarixləri arasında İsrailin ölkəyə etdiyi hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, Livanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ölkənin Nyu-Yorkda yerləşən BMT Daimi Nümayəndəliyi İsrailin bu müddət ərzində Livan ərazisinə hücumlarını qınayıb.

Bildirilib ki, İsrail Baalbek və Nabatiya şəhərlərindəki tarixi abidələri hədəf alıb. Həmçinin Sayda və Sur ərazilərindəki təcili yardım mərkəzlərinə və tibb işçilərinə qarşı zərbələr endirib. Adlun, Deyr Qanun əl-Nehr, Ras əl-Ayn və Ayn Baal bölgələrindəki tibb obyektləri də hücuma məruz qalıb.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki