
“Liverpul” növbəti qələbəsini qazanıb
İngiltərə Premyer Liqasında XXI tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, turun son günündə 1 oyun keçirilib.
Çempionatın lideri “Liverpul” öz meydanında “Şeffild Yunayted”i qəbul edib. Hər hissədə bir qol vuran Yurgen Kloppun yetirmələri 2:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, növbəti turun oyunları yanvarın 11-12-də keçiriləcək.
İngiltərə Premyer Liqası
XXI tur
2 yanvar
“Liverpul” – “Şeffild Yunayted” – 2:0
Salah, 4, Mane, 64























