Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.54 $▼0.81%
  • WTI neft90.39 $▼1.01%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.028 $▲0.17%
  • Qızıl4 107 $▼0.64%
  • Gümüş52.58 $▼1.01%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 043 $▼0.91%
  • Ethereum2 098 $▼1.26%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Lombarddan pul götürənlərə XƏBƏRDARLIQ

image-lombard
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün kredit insanlar üçün təkcə investisiya aləti deyil, həm də hansısa problemin müvəqqəti həll yoludur. Ona görə də iş qurmaq istəyən də, işini genişləndirmək istəyən də və hətta hansısa borcunu bağlamaq istəyən də üzünü kreditorlara tutur.

Təbii ki, maliyyə bazarında da müxtəlif oyunçular var. Onların da bu məsələyə öz yanaşmaları var. Məsələn banklar etimadı itirmiş, gecikməyə görə adı “qara siyahı”ya düşmüş şəxslərə kredit vermir. Belə vəziyyətdə vətəndaş lombardlara üz tutur. Lombardlarda isə kredit faizləri çox yüksək olur. Əgər banklarda illik faiz dərəcələri ortalama 15-20-dirsə, lombardlarda bu göstərici ən azı iki dəfə yüksəkdir.

Bəs, lombardlarda kredit faizi niyə bu qədər yüksəkdir?

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, lombardların pulunun maya dəyəri bahadır:

“Banklar ucuz pul mənbələrinə çıxışa malikdirlər. Mərkəzi Bankdan uçot faizi ilə kredit götürə bilirlər. Əmanətlər cəlb edirlər. Digər mənbələrdə də banklar vəsait əldə edə bilirlər. Ona görə də banklar daha ucuz kredit təklif edir. Bank olmayan kredit təşkilatlarında da kredit faizləri banklarla müqayisədə daha bahadır.

Çünki onların da ucuz pula çıxışı yoxdur. Onlar əsasən banklardan kredit götürürlər. Ona görə də BOKT-ların verdiyi kreditlərin də faizi kifayət qədər yüksək olur. Lombardların isə ümumiyyətlə vəsaitləri az olur. Onların ucuz vəsaitə çıxışları az olduğu üçün kredit faizləri yüksək olur”.\\Bizim.Media

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180075