Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.78 $▼0.75%
  • WTI neft84.06 $▼0.80%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.191 $▲0.92%
  • Qızıl3 768 $▼0.50%
  • Gümüş45.82 $▲0.02%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin64 823 $▼0.08%
  • Ethereum1 816 $▼0.38%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Luka Yoviç karyerasını “Milan”da davam etdirəcək

image-luka-yovic
Luka Yoviç
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Serbiyalı hücumçu Luka Yoviç İtaliyanın “Milan” klubuna keçib.

Busaat.az xəbər verir ki, bu barədə “rossoneri”nin rəsmi saytında bildirilib.

25 yaşlı hücumçunun “Milan”la müqaviləsi 30 iyun 2024-cü il tarixinə qədər qüvvədədir. Yoviç yeni klubunda 15 nömrə altında çıxış edəcək.

Fabritsio Romanonun futbolçunun “Fiorentina”dan icarə əsasında keçidi ilə bağlı məlumatına baxmayaraq, “Milan” tam keçid haqqında yazıb. “Transfermarkt” oyunçunun azad agent kimi keçdiyini bildirir.

25 yaşlı serb bu mövsüm “Fiorentina”da oynamayıb. Yoviç karyerasına “Srvena Zvezda”da başlayıb, “Benfika”, “Ayntraxt” və “Real”da çıxış edib.

Hücumçu ötən yay azad agent kimi “Fiorentina”ya keçib, “bənövşəyilər”in heyətində 50 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Milan” A Seriyasında 2 turdan sonra liderdir, “Fiorentina” isə 5-ci pillədə qərarlaşıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120196