Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.57 $▲0.20%
  • WTI neft82.45 $▲0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.340 $▼0.98%
  • Qızıl3 732 $▼0.22%
  • Gümüş45.20 $▲0.24%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▲0.77%
  • Bitcoin63 421 $▲0.70%
  • Ethereum1 803 $▲1.59%
  • S&P 5007 324▼0.23%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Dünya

Lüksemburq pulsuz ictimai nəqliyyatı olan ilk ölkə oldu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevralın 29-dan etibarən Lüksemburqda ölkə vətəndaşları və qonaqlar üçün ictimai nəqliyyat pulsuz oldu.

Busaat.az TASS-a istinadən verdiyi məlumata görə, xarici mətbuata Ksavye Bettelin başçılıq etdiyi koalisiya hökumətinin qərarına əsasən, şənbə günündən etibarən avtobus, tramvay və qatarlar da daxil olmaqla bütün nəqliyyat növlərində gediş haqqı ləğv edilib. Yerli KİV-lərin verdiyi məlumata görə, bu “tarixi gün” krallığın dörd stansiyasında konsert və digər mədəni tədbirlər ilə qeyd ediləcək.

Lüksemburq hökuməti bu cür bir addımın atılmasına tıxacların ən kəskin problemi fonunda qərara gəldi. Ölkə paytaxtında 110 min insan yaşayır, bütün ölkə əhalisinin sayı isə 614 min nəfərdir. Lakin qonşu ölkələrdən (Belçika, Almaniya və Fransa) yüz minlərlə insan işləmək üçün hər gün Lüksemburqa gəlir. Nəticədə, uzun müddət yollarda, xüsusilə də paytaxtda nəqliyyatın hərəkəti dayanır.

Bu addım ev təsərrüfatlarının təxminən 40%-ni əhatə edəcək. Layihənin illik dəyəri 41 mln. avro olacaq ki, bunların vergi ödəmələri hesabına geri qaytarılacağı planlaşdırılır. Qeyd edək ki, hazırda Lüksemburq pulsuz ictimai nəqliyyatı olan yeganə ölkədir. 2013-cü ildən Estoniyanın paytaxtı Tallində ictimai nəqliyyatda gediş haqqı ləğv edilib, lakin bu, yalnız yerli sakinlərə şamil olunur. 200 min əhalisi olan Fransanın şimalındakı Dunkirk şəhəri də 2018-ci ildə avtobus və tramvaylarda gedişi pulsuz edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5043