
"Macarıstan öz vətəndaşlarını Ukrayna uğrunda ölməyə göndərməyəcək" - Orban
“Macarıstan Brüsselin göstərişi ilə öz vətəndaşlarını Ukrayna münaqişəsində ölməyə göndərməyəcək. Budapeşt sülh yolu ilə həlli dəstəkləyir”.
Busaat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Orban məktubunda yazıb: “Budapeşt Sülh Yürüşünün günü gəlib çatdı. Bu gün biz bütün dünyaya mesaj göndəririk: Macarıstan müharibəyə yox deyir! Biz Ukrayna üçün ölməyəcəyik. Uşaqlarımızı Brüsseldən sifarişlə kəsimxanaya göndərməyəcəyik”.
Cümə axşamı Budapeşt növbəti dəfə Macarıstan hökumətinin Ukraynadakı münaqişənin həllinə yönəlmiş siyasətinə dəstək və Kiyevə hərbi yardıma qarşı çıxan “Sülh marşı”na ev sahibliyi edəcək.
Yeganə






















