Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində dekabrın 12-də saat 23 radələrində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev bıçaqlanaraq öldürülüb.
Bu barədə Busaat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.