Malayziyada həddindən artıq yağıntıların yaratdığı daşqınlar və torpaq sürüşmələri fəsadlara səbəb olub.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 51 mindən çox insan təhlükəsiz bölgələrə köçürülüb.
Belə ki, Malayziyadakı dəmiryol operatoru daşqın və sürüşmələrin qatarların hərəkətini dayandırdığını bildirib.
Həmçinin, ərazidə sel və daşqından zərər çəkmiş 18 məktəbdə tədrisin dayandırıldığı açıqlanıb. O cümlədən, 41 məktəb təhlükəsiz yardım mərkəzinə çevrilib.