Fransanın “Marsel” klubu “Vulverhempton”un müdafiəçisi, sabiq “Barselona” futbolçusu Nelson Semedunun transferindən imtina edib.
Busaat.az bu barədə “RMC Sport”a istinadla xəbər verir.
Məlumata görə, tərəflər arasında aparılan danışıqlar nəticəsiz qalıb. Fransa klubu 31 yaşlı portuqaliyalı futbolçunun maaşla bağlı tələblərini həddən artıq yüksək hesab edib və bu səbəbdən müqavilə bağlanmayıb.
Qeyd edək ki, Semedunun “Vulverhempton”la müqaviləsi iyulun 1-də başa çatır və həmin tarixdən etibarən o, azad agent statusu qazanacaq.
Portuqaliyalı futbolçu 2024/25 mövsümündə bütün turnirlər üzrə ümumilikdə 37 oyunda meydana çıxıb və beş qol ötürməsi ilə yadda qalıb. O, karyerası ərzində “Barselona” və “Benfika” kimi nəhəng klublarda da çıxış edib.