Mask ABŞ Ədliyyə Nazirliyini tənqid edib

image-ilon-maskbackend

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ABŞ Ədliyyə Nazirliyinə özünü məhkəməyə verməyi məsləhət görüb.

Busaat.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.

İş adamı bu çağırışı qurumun işə qəbul zamanı qaçqınlara qarşı ayrı-seçkiliyə görə “SpaceX”ə qarşı qaldırdığı iddia fonunda edib.

Mask nazirliyin yalnız amerikalıların iş üçün müraciət edə biləcəyi ideyasını irəli sürdüyünü deyən iqtisadiyyat professoru Aleks Tabarukkanın yazısını şərh edib.

Bundan əvvəl amerikalı milyarder İlon Mask söz azadlığının boğulmasını dayandırmaq üçün tanınmış maliyyəçi və xeyriyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nu məhkəməyə vermək niyyətini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90