Məhbus mübadiləsi sazişi çərçivəsində ABŞ vətəndaşlarını daşıyan təyyarə İranı tərk edib

image-iran-meu-2022-1751887064backend

Beş amerikalı və onların ailə üzvünü daşıyan təyyarə ölkələr arasında məhbus mübadiləsi sazişi çərçivəsində İranı tərk edib.

Busaat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Qətərin İrandakı səfiri Qətər təyyarəsində ABŞ vətəndaşlarını müşayiət edir.

İranın Press TV telekanalı bildirib ki, azad edilən beş iranlıdan ikisi artıq Qətərin paytaxtına gəlib.

Bundan əvvəl İranın xarici işlər naziri Nasir Kənani demişdi ki, İran və ABŞ sentyabrın 18-də məhbus mübadiləsi aparacaqlar. Spikerin sözlərinə görə, ABŞ tərəfindən azad edilən İran vətəndaşlarından ikisi İrana qayıdacaq, ikisi ABŞ-də qalacaq, daha biri isə üçüncü ölkəyə gedəcək. Bunun müqabilində Tehran İran həbsxanalarında saxlanılan 5 ABŞ vətəndaşını ABŞ-yə təhvil verəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90