Məhkəmə soyğunçuluqda təqsirləndirilən yeniyetmələrə bəraət verib

image-hokmbackend

Səbail Rayon Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayan Emin Quliyev və Tərlan Məmmədovun (şərti ad və soyadlar) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə Busaat.az-a təqsirləndirilən şəxslərin vəkili Nicat İmanov məlumat verib.

Onun sözlərinə görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.Quliyev və T.Məmmədovun təqsiri sübuta yetirilmədiyindən məhkəmə onlara bəraət verib.

Vəkil deyib ki, hadisə 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Səbail rayonu Xəqani küçəsi 102 ünvanında yerləşən baş verib: “Belə ki, hüquqlarını müdafiə etdiyim E.Quliyev və T.Məmmədovla əvvəlcədən tanımadığı şəxslər – Xəyal Kərimov (şərti ad və soyad) və Zaur Nağıyev (şərti ad və soyad) arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxslər sonuncunun üz nahiyyəsinə yumruqla zərbə endirib. Bu zaman zərərçəkmişin mobil telefonu cibindən düşərək sınıb. E.Quliyev və T.Məmmədov 16 may 2022-də şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub və onlara qarşı Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4 maddələri ilə ittiham irəli sürülüb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki