Meksika Türkiyəyə 100 ton humanitar yardım edib

image-13278271997532778088backend

Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra Türkiyəyə daha bir dəstək Meksikadan gəlib. Zəlzələlərdən sonra Meksikada toplanan 100 ton humanitar yardımı daşıyan təyyarə Türkiyəyə doğru Meksikadan havaya qalxıb. 

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Meksika Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyəyə 100 ton humanitar yardım edildiyi bildirilib.

Meksikada toplanan 100 ton yardımı daşıyan təyyarə Adana Şakirpaşa hava limanına enəcək.

Meksika Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib: “Keçən həftə qardaş ölkə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş əhaliyə edilən bu humanitar yardım Meksika hökumətinin çağırışına meksikalıların və Türkiyənin ölkəmizdəki səfirliyinin həmrəylik cavabıdır”.

Bildirilib ki, humanitar yardıma müxtəlif ərzaq məhsulları, ədyal, döşək, çadır, fənər, tibbi ləvazimatlar, şəxsi gigiyena vasitələri və geyimlər daxildir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90