Məktəblilər arasında mübahisə xəsarətə səbəb oldu

image-1497275523_kutlevi-davabackend

Bu gün 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı insident baş verib. 

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, saat 10:30 radələrində VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib.

Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki