Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2497 nəfərə çatıb

image-merakesde-zelzele-1backend

Mərakeşdə baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2497 nəfərə çatıb.

Busaat.az-ın məlumatına görə, ən azı 2476 nəfər seysmik aktivlikdən zərər çəkib. Ən çox itki Al Haouz (1452) və Tarudant (764) əyalətlərində qeydə alınıb. Təcili yardım xidmətləri binaların dağıntıları altında qalan ölü və yaralıların axtarışlarını davam etdirir.

Mərakeş rəsmiləri bir gün əvvəl 2122 nəfərin öldüyünü və 2420 nəfərin yaralandığını bildiriblər.
Krallıqda zəlzələ sentyabrın 8-də baş verib. Mərakeşin Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Əl Hauz əyalətində yerləşən İgil rayonunda olub. Əyalət Mərakeş-Safi bölgəsinin bir hissəsidir. Zəlzələ 8 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət nəticəsində yaşayış evlərinə, eləcə də bir sıra mədəni-tarixi dəyərə malik obyektlərə ziyan dəyib, bəziləri dağılıb.

Ölkədə 3 günlük matəm elan edilib.

Əl-Cəzirə kanalının məlumatına görə, sentyabrın 10-da Mərakeşin bütün məscidlərində həlak olanlar üçün qiyabi anım namazı qılınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90