Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərarbackend

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Busaat.az-ın məlumatına görə, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, uçot dərəcəsi 7,25 faiz səviyyəsində saxlanılıb. Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib, aşağı həddi is 6,75 faiz səviyyəsində saxlanılıb.

Qeyd olunub ki, Azərbaycan hökumətinin və Mərkəzi Bankın birgə fəaliyyəti nəticəsində xarici şoklar fonunda valyuta bazaırnda tarazlıq təmin olunur. İlin əvvəlindən əhəmiyyətli dəyişikliklər baş verməyib, illik inflyasiya 2-4 faiz hədəf diapazonunda qalaraq 3,3 faizə bərabər olub.