Britaniyalı teleaparıcı Maya Cama büstqaltersiz transparan libasda görünüb.
Teleaparıcının lentə alınan fotoları “DailyMail” tərəfindən yayımlanıb.
Sözügedən fotolarda 28 yaşlı qızın dərin dekolteli qırmızı uzun libasda London küçələrində gəzdiyi əks olunur. Paltarın aşağı hissəsindən Camanın ayaqları, qarnı və ombası görünüb.
Teleaparıcı geyimini kiçik çanta və ona uyğun sandaletlə tamamlayıb.
Bundan əlavə, o, neytral çalarlarda makiyaj edib və uzun tünd saçlarına forma verib.
İzləyicilər paylaşımın altındakı şərhlərdə qızın görünüşünü birmənalı qarşılayıblar: “Sən heyrətamiz görünürsən!”, “Gözəl”, “Pis seçim”, “Stil yox, zəriflik yoxdur”.Referans.az