Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.06 $▲0.67%
  • WTI neft86.99 $▲0.40%
  • Avropa qazı (TTF)87.00 €▲2.41%
  • Təbii qaz (ABŞ)3.290 $▼0.03%
  • Qızıl4 012 $▼1.03%
  • Gümüş52.18 $▼0.65%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.00 ¢▲0.84%
  • Bitcoin74 346 $▲0.88%
  • Ethereum2 088 $▲1.80%
  • S&P 5007 632▲1.45%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Kriminal

Məşhur azərbaycanlı generalın 1 milyonu ələ keçirilib - SAXLANILAN VAR

image-ayaz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

Busaat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, A.Bayramov bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

İstintaq materiallarında yazılıb ki, kapitan zərərçəkmişlərlə birgə ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra yaranmış etibardan sui-istifadə edərək həmin şəxslərin ümumilikdə 3 milyon manata yaxın pulunu ələ keçirib.

Əldə etdiyimiz digər məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini general-mayor Raul Zeynalov da aldadılanlar sırasındadır. Ona təxminən 1 milyon manata yaxın ziyan dəydiyi bildirilir. 

Zeynalovdan başqa, iş üzrə daha 8 nəfər də zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs isə ittihamla razı deyil. Onun vəkili hesab edir ki, tərəflər birgə iş görüblər, sonda da bəzi haqq-hesablar düz gəlməyib. Yəni işdə cinayət tərkibi hesab oluna biləcək bir hal yoxdur.

Kapitana qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Dəymiş ziyan ödənilmədiyi halda, bu maddə ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumat üçün bildirək ki, 39 yaşında general-mayor rütbəsinə layiq görülən R.Zeynalov hazırda heç bir dövlət qurumunda çalışmır, onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173882