“Everton” klubunun ingiltərəli futbolçusu Eşliq Yanq oğlu Tayler Yanqa qarşı oynaya bilər.
Busaat.az xəbər verir ki, 39 yaşlı müdafiəçinin çıxış etdiyi komanda 2025-ci il yanvarın 11-də İngiltərə Kubokunun (FA) III turunda “Piterboro Yunayted” ilə üz-üzə gələcək.
Onun 18 yaşlı oğlu avqustdan I Liqa təmsilçisinin formasını geyinir.
Qeyd edək ki, Eşli Yanq karyerası ərzində “Mançester Yunayted”, “Aston Villa” və İtaliyada “İnter” kimi klublarda çıxış edib.