Fələstin-holland əsilli amerikalı super model Cici Hadid Pakistan-ingilis əsilli britaniyalı müğənni Zeyn Malikdən ayrılıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, bu, modelin anası İolanda Hadidin ittihamları fonunda baş verib.
Belə ki, qadın qızının sevgilisi tərəfindən döyüldüyünü bildirib. Z. Malik isə məişət zorakılığı faktını rədd edir. Eyni zamanda, qeyd edir ki, daha əvvəl o və C. Hadidin qohumu arasında mübahisə yaşanıb. O, həmin şəxsin adını açıqlamayıb.
“People” nəşri qeyd edir ki, bir çox mənbələr C. Hadidlə Z. Malikin ayrıldığını təsdiqləyir. Bildirilir ki, onlar artıq bərabər deyillər, lakin 1 yaşlı qızlarının tərbiyəsi ilə hər ikisi məşğul olacaq.