Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

image-metrobackend

Bakı Metropolitenində qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qiymət artımı ilə bağlı səlahiyyət təmsil etdiyi qurumda deyil: “Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymətlə olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”. (trend)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki