“8 Noyabr” stansiyasının açılışı ilə Bakı Metropoliteninin stansiyalarının sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 km-ə çatıb.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, Bənövşəyi xəttin “8 Noyabr” stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.
Ümumilikdə 17 eskalator və 3 liftdən ibarət olan stansiya 3 səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəs hərəkəti üçün lazımi şərait yaradılıb. (trend)