Meymunçiçəyi yenə “çiçək açdı”: Virusun ən təhlükəli variantı yayıldı

image-47backend

Xəbər verdiyimiz kimi, Konqoda meymunçiçəyi virusunun yeni variantı yayılıb.

Busaat.az Dünya Səhiyyə Təşkilatına istinadla bildirib ki, bu variant bu günə qədər mövcud olan variantların arasında ən təhlükəli formadır.

Artıq Konqoda bu xəstəlikdən 3 nəfər ölüb.

Bəs meymunçiçəyi virusunun bu təhlükəli variantının digər ölkələrdə, o cümlədən, respublikamızda yayılma ehtimalı var?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danıaşan infeksionist-hepotoloq Mərdan Əliyev bildirib ki, Konqo Respublikası meymunçiçəyi xəstəliyi üçün endemik bölgədir. Onun sözlərinə görə, ümumiyyətlə, Afrikanın bir çox əraziləri meymunçiçəyi xəstəliyi üçün endemik bölgədir:

“Bu o deməkdir ki, meymunçiçəyi xəstəliyi həmin bölgələr üçün məxsusi bir xəstəlikdir və zaman-zaman bu bölgələrdə rast gəlinir. Çünki o ərazilərdə mövcud olan sıx meşələrdə meymunlar yaşayır. Bəzi növ gəmiricilərdə və meymunların bəzi növlərində orada yaşayanlarda meymunçiçəyi xəstəliyinə rast gəlinir. Bu, ona görədir ki, həmin bölgələrdə insanlar bu heyvanlarla tez-tez təmasda olurlar. Sonra da xəstəlik insanlardan insana yoluxur”.

Müsahibimizin sözlərinə görə, bu xəstəlikdən bir neçə nəfərin ölməsi o demək deyil ki, xəstəlik bütün dünyada pandemiyaya səbəb olacaq:

“Eləcə də xəstəliyin Azərbaycanda yayılması barədə hələ ki, narahatlıq yoxdur. Çünki xəstəlik endemikdir və oradan da Azərbaycana gediş-gəliş çox deyil. Amma oradan Türkiyəyə, sonra da nəzəri olaraq bizə gəlməsi mümkündür. Ancaq bu nə qədər realdır? Mən bunun real olduğunu düşünmürəm. Çünki bu xəstəlik əsasən kontakt yolu ilə yoluxur. Yəni yaxın təmas yolu ilə dəri üzərində olan lezyonlar sağlam dəri ilə kontaktda olanda meymunçiçəyi xəstəliyinə yoluxur”, – infeksionist qeyd edib.

Mərdan Əliyev: Bu xəstəlikdən bir neçə nəfərin ölməsi o demək deyil ki, bu, bütün dünyada pandemiyaya səbəb olacaq

İnfeksionist əlavə edib ki, xəstəlik tənəffüs yolu ilə də yoluxa bilər:

“Amma tənəffüs yolu ilə koronavirusda, qızılcada olduğu kimi sürətli yoluxma müşahidə edilmir. Bu xəstəliyə yoluxma üçün yaxın təmas lazımdır. Məsələn, daha uzunmüddətli ünsiyyət ilə yoluxa bilər. Yəni bunun yoluxma indeksi elə də geniş deyil”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki