Meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? – AÇIQLAMA

image-34backend

Xəbər verdiyimiz kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur.

Busaat.az bildirir ki, hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.

Bu gün isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

Qurumun sözçüsü Marqarit Harris bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir.

ÜST rəsmisi vurğulayıb ki, əsas narahatlıq xəstəliyin çox sürətlə yayılması ilə bağlıdır:

“Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik”.

Yaxın zamanlarda ölkəmiz COP29 kimi dünya səviyyəli mötəbər tədbirə ev sahibliyi edəcək. Bununla da Azərbaycana çox böyük sayda turist axını baş tutacaq. Ölkəmizə artan turist axını isə bəzi suallar yaradır.

Bəs mümkün yoluxma hallarının qarşısını almaq üçün Azərbaycanda məcburi vaksinasiya tətbiq edilə bilərmi?

Günay Rəsulova: Məcburi vaksinasiya hələ ki, vacib deyil

Mövzuyla bağlı həkim Günay Rəsulova Busaat.az-a bildirib ki, hazırda ölkədə ümumi vəziyyət normaldır:

“Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb. Ölkəmizdəki turist sayını və COP29 tədbirinin paytaxt Bakıda keçiriləcəyini nəzərə alaraq hazırda hava limanlarında və digər obyektlərdə sözügedən xəstəliklə bağlı profilaktik tədbirlər həyata keçirilir, önləmə tədbirləri görülür”.

Məcbur vaksinasiyanın hələ vacib olmadığını vurğulayan həkim diqqətə çatdırıb ki, xəstəlikdən qorunmaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır:

“Azərbaycanda məcburi vaksinasiyanın tətbiq edilməsinə hələ ki, ehtiyac yoxdur. Çünki, heç bir risk faktoru nəzərə çarpmır. Ümumiyyətlə, xəstəlikdən qorunmaq üçün gigiyenik sağlamlığı qorumaq lazımdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki