Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.75 $▼3.69%
  • WTI neft85.09 $▼3.68%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.108 $▼1.58%
  • Qızıl3 864 $▼0.16%
  • Gümüş47.09 $▼0.50%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda602.75 ¢▲2.73%
  • Bitcoin64 762 $▼0.14%
  • Ethereum1 821 $▲0.08%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşdü - Foto

image-mycollages_-_2021-10-28t110130-914
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Busaat.az xəbər verir ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, eləcə də Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla müxtəlif sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də, postpandemiya dövründə iqtisadiyyatın canlanması istiqamətində həyata keçirilən tədbirlər  barədə məlumat verilib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayıb, ölkəmizdə aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə Bankla əməkdaşlıq imkanları və yeni layihələr müzakirə olunub.

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61439