İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi Zou Jiayi ilə videokonfrans formatında görüşüb.
Busaat.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X” hesabında məlumat verib:
“Görüşümüzdə AİİB-in ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq”.