Millətlər Liqasında “Dördlər finalı” başlayır

image-milletler-liqasdibackend

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.

Busaat.az xəbər verir ki, A liqasında qrup qaliblərinin iştirak etdiyi “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.

Yarımfinalın ilk oyununda İtaliya İspaniya ilə qarşılaşacaq. Milandakı “San-Siro” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  oktyabrın 7-də Belçika və Fransa yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan “Dördlər final”ının ilk qalibi Portuqaliya millisi olub.

6 oktyabr

22:45. İtaliya – İspaniya
Milan, “San-Siro” stadionu

7 oktyabr

22:45. Belçika – Fransa

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90