Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.03 $▲0.17%
  • WTI neft101.65 $▲0.31%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.049 $▼0.49%
  • Qızıl4 068 $▲0.28%
  • Gümüş54.11 $▼0.01%
  • Pambıq77.76 ¢▼0.36%
  • Buğda609.50 ¢▼0.33%
  • Bitcoin81 379 $▲0.72%
  • Ethereum2 366 $▲0.83%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Siyasət

Milli Məclisdə TBMM-in nümayəndə heyəti ilə görüş olub – FOTO

image-_azpressaz_d0cb1d9e5020bcbf26de5427b_o
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “bir millət, iki dövlət” anlayışı bizim yaşam tərzimiz, fəlsəfəmizdir. 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edən komitə sədri bütün şəhidlərə, həmçinin bu günlərdə Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərə Allahdan rəhmət diləyib. Bildirib ki, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılması, işğaldan azad edilmiş ərazilərimizdə türk iş adamlarının fəaliyyəti iki ölkə arasında münasibətlərin tam yeni bir səviyyəyə yüksəlməsindən xəbər verir. Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da problemlərinin həlli üçün birlikdə çalışacaq, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edəcəklər.

Səmimi sözlər üçün təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç bildirib ki, Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur. Azərbaycanın yaşadığı Vətən müharibəsində hər kəs bir daha bunun şahidi oldu.

Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sevincli bir Zəfərdən sonra Azərbaycanda olmaq böyük qürur mənbəyidir.

Söhbət zamanı ortaq türk dərsliyinin və ortaq informasiya mühitinin yaradılması barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, komitə üzvləri Cavanşir Feyziyev, Asim Mollazadə, TBMM-in Xarici əlaqələr komitəsinin üzvləri, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

image-whatsapp_image_2021_03_10_at_150124image-whatsapp_image_2021_03_10_at_150126

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39688