Milli Məclisin Deputatı İltizam Yusifov seçiciləri ilə növbəti qəbulunu keçirib

Milli Məclisin Deputatı İltizam Yusifov seçiciləri ilə növbəti qəbulunu keçiribbackend

Milli Məclisin Deputatı İltizam Yusifov karantin rejimi qaydaları və sanitar-epidemoloji normalara əməl edilməklə Şirvan şəhəri seçiciləri ilə Deputat Qərargahında canlı və onlayn formatda növbəti qəbulunu keçirib.

Qəbulda Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva da iştirak edib. Ümumiyyətlə Deputat mərkəzi və yerli İcra Hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir və bunun sayəsində bir çox məsələlər öz müsbət həllini tapır.

Deputat seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Bundan öncə keçirilən qəbullarda seçicilər tərəfindən qaldırılan bir sıra məsələlər artıq öz həllini tapıb, digər müraciətlərin aradan qaldırılması ilə bağlı hazırda iş aparılır.

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90