Milyonlarla insan bu səbəbdən öləcək – DƏHŞƏTLİ PROQNOZ

Milyonlarla insan bu səbəbdən öləcək – DƏHŞƏTLİ PROQNOZbackend

Yəməndə 13,5 milyon insan aclıqdan ölmək riski altındadır.

Busaat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər Koordinasiyası Ofisinin mətbuat katibi Vanessa Huquenin deyib.

Onun sözlərinə görə, yəmənlilər ac qalmır, aclıqdan ölür.

Husilərin 2014-cü ildə paytaxt Sənanı ələ keçirməsindən sonra başlayan vətəndaş müharibəsi 2020-ci ildə ölkəni çöküşün astanasına gətirib. Koronavirus pandemiyası isə böhranı pik həddə çatdırıb.

Ümumi əhalisi 30,5 milyon olan ölkənin 80%-nin (24,3 milyon) humanitar yardım və müdafiəyə ehtiyacı var.

Huquenin qeyd edib ki, İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Mərhələsi Təsnifatının (IPC) hazırladığı yeni araşdırmaya əsasən, Yəməndə 16 min 500 insan qıtlığa bənzər şəraitdə yaşayır. Bu rəqəm 2021-ci ildə üçqat artacaq. Hazırda Yəməndə 4 uşaqdan biri kəskin aclıqdan əziyyət çəkir.

Qeyd edək ki, ölkədə 6 ildir davam edən müharibə ilə yanaşı, qida çatışmazlığı və Vəba kimi xəstəliklər səbəbilə 233 minə yaxın insan ölüb.

Beynəlxalq Qızılxaç Komitəsi Yəməndə əhalinin üçdə-ikisinin etibarlı və təmiz su tapa bilmədiyini açıqlayıb.

Publika.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90