Milyonlarla kitabın qorunduğu “Millət Kitabxanası” – Fotolar

image-img-20210219-wa0077backend

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlər Ankarada daha möhtəşəm bir kitabxanada olublar. Busaat.az xəbər verir ki, azərbaycanlı jurnalistlər Türkiyə Prezident Aparatı yanında fəaliyyət göstərən Millət Kitabxanasında olublar. Bu kitabxana ərazisinə və kitab sayına görə dünyanın ən böyük kitabxanalarında biri hesab edilir. Kitabxana 125 min kvadratmetr əraziyə malikdir. Kitabxana gün ərzində 5000 min oxucu qəbul edə bilir. Bu kitabxanada 134 dildə yazılmış kitabları tapmaq olar. Ən maraqlısı isə bu kitabların çoxu orjinal nüsxələrdir. Bu kitabxanada 4 milyon dövrü nəşr, 2 milyon kitab var. Kitabxana orjinal bir üslübda inşa edilib. Kitabxanada 16 sütün var ki, bunun da özünəməxsus mənası var. Belə ki, bu sütünlar 16 türk dövlətini olduğunu əks etdirir. Bu kitabxanada dünyanın istənilən ölkəsindən gələn turist də görə bilərsiziniz. Həmçinin kitabxanaya gəlmədən elektron bölməni seçməklə 550 minlik elektron kitab bazasına baxmaq mümkündür. Məhz kitab fondunun möhtəşəmliyi bu kitabxananı dünyanın ən böyük kitabxanası kimi tanınmasına rəvac verir. Elə bu kitabxanaya ziyarətə gələn azərbaycanlı jurnalistlər də bu gözəlliyə heyranlıqla tamaşa ediblər. Kitabxananı gəzən jurnalistlərə buranın iş prinsipi, oxucuları, həmçinin kitab fondu haqqında məlumat verilib.

image-img_20210219_015655image-img_20210219_020853

 

image-img-20210219-wa0058 image-img-20210219-wa0060 image-img-20210219-wa0062 image-img-20210219-wa0061 image-img-20210219-wa0064 image-img-20210219-wa0063 image-img-20210219-wa0066 image-img-20210219-wa0070 image-img-20210219-wa0065image-img-20210219-wa0073 image-img-20210219-wa0072 image-img-20210219-wa0071 image-img-20210219-wa0076 image-img-20210219-wa0075 image-img-20210219-wa0078 image-img-20210219-wa0077

#GoTürkiye
#OnlyInTürkiye
#ReTurkey
#SafeTourism
#ReadyAndSafeTürkiye
#SafeTourismTürkiye

Ardı var…

 

Emin Fərzəliyev / ANKARA

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki