Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.02 $▼1.34%
  • WTI neft89.95 $▼1.49%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.025 $▲0.07%
  • Qızıl4 107 $▼0.65%
  • Gümüş52.57 $▼1.04%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 043 $▼0.91%
  • Ethereum2 105 $▼0.92%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Minsk qrupunun fransalı həmsədri Rokfeyl Araik Arutyunyanla görüşü niyə rədd etdi?

image-thumb600x0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl Qarabağdakı separatçı tör-töküntünün rəhbəri Arayik Arutyunyanla görüşdən imtina edib.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Ermənistan mediası iddia edir ki, görüşdən imtinaya səbəb Qarabağdakı separatçıların Ukraynadakı qondarma “Donetsk və Luqansk xalq respublikaları”nı tanıması olub.

Məlumatlara görə, Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyan və onun özünü “xin başçısı” kimi təqdim edən yandaşı David Babayan fransalı həmsədrlə görüşməyə cəhd edib. Məqsəd fransalı həmsədrə yalvarmaq, ATƏT-in Minsk qrupunu Qarabağla bağlı danışıqlarda aktivliyə çağırmaq olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeyl aprelin 11-də İrəvana səfər etmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75336