Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 933 $▼0.04%
  • Ethereum2 238 $▲0.15%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

MN rəsmisi sualları cavabladı – Video

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib ki, sosial şəbəkələrdə müxtəlif dedi-qodular, söz- söhbətlər gedir: “Müxtəlif istiqamətlərdə guya hansısa əməliyyatların keçirilməsiylə bağlı əsassız məlumatlara yayılır. Bir daha xalqımıza, o cümlədən  Kütləvi İnformasiya Vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm. Ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyi onlardan xahiş edirik. Dedi-qodu yayılması  düşmən dəyirmanına su tökməkdir.

Təvəqqe edirik ki,  ancaq rəsmi məlumatlara istinad etsinlər. Dünən sosial şəbəkədə bir qrup vətəndaşlarımız Azərbaycan ordusuna dəstək, Qarabağın azad olunmasıyla bağlı şüarlar səsləndirərək çağırışlar ediblər. Onlar Qarabağ uğrunda yekdilliklə ayağa qalxmağa çağırışlar ediblər. Vətənpərvərlik hissindən gələn bu çağırışları biz anlayırıq. Ancaq bildirmək istəyirik ki, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də sosial şəbəkələrdə bu cür söz-söhbətlərin yayılmasına ehtiyac yoxdur.  Bu cür məlumatların yayılması düşmənin maraqlarına xidmət edir”.

Həmin videonu təqdim edirik:

https://www.facebook.com/ictimai.tv/videos/301763604201719/

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=12638