Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.61 $▼2.71%
  • WTI neft89.85 $▼2.38%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.011 $▲0.94%
  • Qızıl4 082 $▲0.81%
  • Gümüş52.14 $▲1.42%
  • Pambıq78.35 ¢▲0.00%
  • Buğda591.00 ¢▼0.63%
  • Bitcoin75 556 $▼0.54%
  • Ethereum2 223 $▼0.53%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Monteneqro ruslar üçün viza tətbiq edəcək: Bu tarixə kimi... 

image-1-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Monteneqronun Rusiyadakı səfirliyi bildirib ki, Podqoritsa 2026-cı ilin sentyabr ayının sonuna kimi Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, hazırda Rusiya vətəndaşları etibarlı pasportla Monteneqroya 30 günə qədər vizasız gedə bilərlər.

“Ölkə 2026-cı ilin üçüncü rübünün sonuna qədər viza siyasətini Aİ siyasəti ilə tam uyğunlaşdırmalıdır. Bura digər məsələlərlə yanaşı, Rusiya Federasiyası vətəndaşları üçün viza rejiminin tətbiqi də daxildir”, – diplomatik nümayəndəlikdən bildirilib.

Monteneqronun baş naziri Milojko Spajić daha əvvəl bəyan etmişdi ki, ölkə Aİ siyasətinə uyğun olaraq ruslar üçün viza qaydalarını sərtləşdirəcək və yaxın gələcəkdə müvafiq tədbirlər görmək niyyətindədir.

Avropa Komissiyası daha əvvəl ruslar üçün viza məhdudiyyətləri ilə bağlı qərarını elan edərək, tədbirlərin bütün Aİ ölkələri ilə əvvəlcədən razılaşdırıldığını və Aİ-yə daxil olmayan Şengen zonası ölkələrinin də onlara qoşulması lazım olduğunu qeyd edib.

Avropa Komissiyası aydınlaşdırıb ki, yeni qaydaların geriyə qüvvəsi yoxdur, lakin hər bir ölkə onları artıq verilmiş vizalara tətbiq etmək qərarına gələ bilər. Ruslara çoxdəfəlik Şengen vizalarının verilməsinə qadağa noyabrın 8-dən qüvvəyə minib.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177004