Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.36 $▲0.47%
  • WTI neft101.82 $▲0.47%
  • Avropa qazı (TTF)99.56 €▲5.33%
  • Təbii qaz (ABŞ)3.054 $▼0.33%
  • Qızıl4 066 $▲0.23%
  • Gümüş54.19 $▲0.15%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda611.25 ¢▼0.04%
  • Bitcoin80 498 $▼0.37%
  • Ethereum2 333 $▼0.61%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Analitika

Moskva görüşündə Rusiyanın əsas məqsədi nədir? - ŞƏRH

image-1468177
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Moskva görüşündə Rusiyanın məqsədi hər zaman olduğu kimi Ermənistan və Azərbaycan arasında olan gündəliyi öz nəzarəti altında və eyni status-kvoda saxlamaqdan ibarət olduğu aydın məsələdir”.

Bunu Ermənistan-Azərbaycan rəsmilərinin Moskvada keçirilən görüşünün nəticələri barədə fikirlərini səsləndirən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Moskva görüşündə ciddi bir irəliləyişin olması gözlənilmir:

image-vuqar-ehmedov-44444-2

“Moskva görüşündə Rusiyanın məqsədi hər zaman olduğu kimi Ermənistan və Azərbaycan arasında olan gündəliyi öz nəzarəti altında və eyni status-kvoda saxlamaqdan ibarət olduğu aydın məsələdir. Son zamanlar Qərbin moderatorluğu ilə aparılan intensiv danışıqlar trafiki Moskvanın vaxtaşırı İrəvanın ipini yenidən əlinə yığmağa və Ermənistana bəzi şeyləri yenidən xatırlatmağa ehtiyac yaradır. Ermənistanın son addımları, Nikol Paşinyanın Qərb platformasında Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi heç də sülhə xidmət etmək deyil, öz ərazi bütövlüyünü qorumağa xidmət edir. Başqa bir dövlətin ərazi bütövlüyünü pozan bir ölkə indi öz ərazi bütövlüyünün hayındadır. Ola bilsin ki, hətta bu dəfəki Moskva görüşündən sonra Qərbin moderatorluğu ilə gedən danışıqlarda intensivlik müəyyən qədər səngisin”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110177