Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərləri arasında görüş olub

Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərləri arasında görüş olubbackend

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiyada rəsmi səfərdə olub.

Busaat.az-ın Dövlət Təhlükəsizlik Xidmətinin saytına istinadən məlumatına görə, səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib.

Görüşdə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki