Rəşad Sadıqov qəza keçirdi – FOTO

image-1511701backend

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov xoşagəlməz hadisə ilə üzləşib.

Olay dünən gecə saatlarında, Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində baş verib.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində “Ayaks”la matçını (0:3) tribunadan izləyən mütəxəssis arenanın ikinci çıxışında qəza keçirib.

Onun “Range Rover” markalı avtomobili digər maşın tərəfindən vurulub. Şahidlərin verdiyi məlumata görə, Sadıqov hadisədən sonra özünü itirməyib, təmkinini qoruyub.

image-11 image-1511701_0

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki