Azərbaycanda 16 yaşlı məktəbli qız sevgilisinə qoşulub QAÇDI – VİDEO

image-lvwhinas2kvqiqeh7tidssdiz7uogcyqkhlbj8nn_1200backend

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Medianews.az-a bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib. Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Xatırladaq ki, Bakıda məktəbli qızın qaçırılması barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində danışılıb.

Qeyd olunub ki, qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub.

“Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar”,- deyə o bildirib.

Ətraflı süjetdə:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki